Son dəqiqə

Azərbaycan Bakı Qərbi Azərbaycan

"Virtual Qərbi Azərbaycan" ensiklopediyası Prezident İlham Əliyevin strateji çağırışının həyata keçirilməsinə yönəlib - Anar Qədirli

BAKI,TurkicWorld

"Virtual Qərbi Azərbaycan" ensiklopediyası Prezident İlham Əliyevin strateji çağırışının praktiki və elmi müstəvidə həyata keçirilməsinə yönəlib.

TurkicWorld xəbər verir ki, bunu Strateji Kommunikasiyalar Mərkəzinin sədri və layihənin Baş məsləhətçisi Anar Qədirli bu gün Bakıda keçirilən "Virtual Qərbi Azərbaycan" ensiklopedik toplunun təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əsas məqsəd Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri yalnız emosional çağırışlarla deyil, akademik obyektivlik və elmi dəqiqlik əsasında təqdim etməkdir. Biz bu mövzunun faktoloji bazasını həm milli, həm də beynəlxalq səviyyədə gücləndirməyi hədəfləyirik.

Anar Qədirli bildirib ki, azərbaycanlıların bu ərazilərdən tamamilə çıxarılması sadəcə insanların doğma yurdlarından köçürülməsi deyil:

"Bu proses yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılması, yəni bütövlükdə bir mədəni irsin silinməsi ilə müşayiət olunub.

Cənab Prezident İlham Əliyev çıxışında eyni zamanda çox mühüm bir məqama diqqət çəkmişdi. Qarabağ Azərbaycan həqiqətləri sistemli şəkildə öyrənilməli, elmi əsaslarla sənədləşdirilməlidir. Bu məsələ yalnız tarixi ədalətin bərpası deyil, həm də milli kimliyin qorunması, gənc nəsillərin doğru və dürüst tarixi biliklər üzərində yetişməsi baxımından son dərəcə vacibdir. Buna görə də elmi tədqiqatların, arxiv sənədlərinin və statistik məlumatların bir mərkəzdə toplanması prioritet istiqamət kimi müəyyən edilib".

Mövzuya görə xəbərlər