Beynəlxalq Qırmız Xaç Komitəsi Azərbaycandakı fəaliyyətinə yenidən nəzər salmalıdır - Tural Gəncəliyev

Beynəlxalq Qırmız Xaç Komitəsi Azərbaycandakı fəaliyyətinə yenidən nəzər salmalıdır - Tural Gəncəliyev

Bakı. TurkicWorld:

Təəssüflər olsun ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan suverin ərazisində, Qarabağ bölgəsində fəaliyyətində müəyyən qədər obbeyektivlikdən kənar faəliyyət aparadıqlarının şahidi oluruq.

Bu barədə TurkicWorld-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, dəfələrlə Azərbaycanda fəaliyyət göstərən və Beynəlxalq Qırmızı Xaç Komitəsinin tərkib hissəsi olan, tərəfdaşı olan Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin çağırışlarına baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qızıl Aypara Cəmiyyəti ilə öz fəaliyyətini əlaqələndirilməyərək daha da özbaşına fəaliyyətin göstərməsinin şahidi olmuşuq.

Deputat qeyd edib ki, əgər Azərbaycan suveren ərazisində, Xankəndidə faəliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi öz faəliyyətinin adekvat və daha effektiv, səmərəli olunmasını istəyirsə, təbii ki, yerində faəliyyət göstərdiyi ölkənin suveren hüquqlarını nəzərə alaraq hərəkət etməlidir.

"Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycandakı fəaliyyətinə yenidən nəzər salmalıdır, öz fəaliyyətini Rəsmi Bakı, Bakıdakı ofisi ilə əlaqələndirilməli, logistik baxımından Azərbaycan əməkdaşlıq etməkdə maraqlı olmalıdır ki, öz fəaliyyətini daha normal şəkildə qursun.

Ən önəmlisi, bəynəlxalq hümanitar prinsiplərinə xidmət edərək, fəaliyyət göstərdiyi ölkənin qanunlarına hörmət etməli, suverenliyinə hörmət etməlidir", - deyə deputat vurğulayıb.

T.Gəncəliyev onu da qeyd edib ki, Ermənistanın son zamanlar apardığı siyasi manipulyasiyalar, Qarabağda humanitar vəziyyət ətrafında apardıqları siyasi şoular yalnız ona hesablanmışdır ki, dünya ictimaiyyətini yanıltsın.