Bakı. TurkicWorld:
Milli Məclisin deputatları Tural Gəncəliyev, Sevil Mikayılova və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım "Baku Network" platformasında bir sıra maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan Milli Məclisindən Türkiyə ilə telekörpü vasitəsilə aparılan müzakirələr zamanı regional məsələlər, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri, Cənubi Qafqazda baş verən proseslər, xüsusilə də Ermənistanla Azərbaycan arasında sülh və normallaşdırma prosesi diqqət mərkəzində olub.
TurkicWorld verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır: