Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi

Taxıl dəhlizi məsələsində Rusiya ilə eyni fikirdəyik - Ərdoğan

Bakı. TurkicWorld:

Taxıl dəhlizi məsələsində Rusiya ilə eyni fikirdəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Kənd təsərrüfatından əldə edilən taxıllardan un hazırlanacaq və yoxsul ölkələrə daşınacaq. Bu addımların reallaşması üçün əlimizdən gələni etməyə davam edəcəyik", - deyə o qeyd edib.

Prezident Ərdoğan onu da bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər tarixi dəqiqləşdirilməsə də, səfərin avqust ayında baş tutması gözlənilir.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər