Türk Şurasının iqtisadiyyat nazirləri Ağdamda İmarət kompleksini ziyarət edib

Türk Şurasının iqtisadiyyat nazirləri Ağdamda İmarət kompleksini ziyarət edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin Ağdama səfəri davam edir.

TurkicWorld-un Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçıları ilk olaraq, Pənahəli xanın İmarət kompleksini ziyarət edib. Qonaqları Azərb. Respub. Prezidentinin İşğaldan azad olmuş Ağdam rayon üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb

Nümayəndə heyəti erməni vanddalığına məruz qalmış imarət kompleksi, xanlıqların dağıdılmış türbələri və məzarlarına baxış keçirib, bu abidələr haqqında onlara ətraflı məlumat verilib.