Son dəqiqə

Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev

Şuşa gələcəkdə dünyanın ən yaxşı şəhərlərindən biri olacaq - Kubançıbek Omralıyev

Bakı. TurkicWorld:

İnşallah, hər il Şuşamızda Qlobal Media Forumu keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubançıbek Omralıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.

“Bu forum bizlər üçün həm də bir çox örnək vəd edir. Prezident İlham Əliyev 3 saatlıq görüşü, sualları cavablandırması zamanı Qarabağ zəfəri və sonrakı mərhələlər barədə geniş məlumat verdi. Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl, ən yaxşı şəhərlərdən biri olacaq, mən buna inanıram”, - deyə baş katib əlavə edib.

Mövzuya görə xəbərlər