Bakı. TurkicWorld:
Antalya Diplomatik Forumunda yüksək səviyyəli liderlər, xarici işlər nazirləri və digər mühüm qərar qəbul edənlər bir araya gəlirlər və birlikdə hərəkət edirlər.
TurkicWorld-un məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omurəliyev bu gün 3-cü Antalya Diplomatik Formunda bildirib.
"Antalya Diplomatik Forumunda yüksək səviyyəli liderlər, xarici işlər nazirləri və digər mühüm qərar qəbul edən şəxslər bir araya gəlir, bir yerdə oturur və birlikdə hərəkət edirlər. Bu, çox mühüm və çox dəyərlidir", - deyə Ömurəliyev qeyd edib.
Qeyd edək ki, forumda 60-dan çox dövlətin xarici əlaqələr idarələrinin rəhbərləri, 80 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Antalya Diplomatik Forumu 1-3 Mart tarixlərində keçiriləcək.