TDT-nin diplomatiyada oynadığı rol günü-gündən artır – Baş katib

TDT-nin diplomatiyada oynadığı rol günü-gündən artır – Baş katib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) diplomatiyada oynadığı rol günü-gündən artır.

TurkicWorld-un məlumatına görə, bu barədə TDT baş katibi Kubanıçbek Ömüralıyev deyib.

“Türk dövlətləri də bu məsələdə israrla addım atmağa çalışırlar. Türk Dövlətləri Təşkilatı universal bir təşkilatdır.” – deyə o bildirib.

Ömüralıyev qeyd edib ki, tariximiz, mədəniyyətimiz, coğrafiyamız səbəbilə bu dünyada bizdən yaxşı təşkilat yoxdur.

“Biz əsrlər, minilliklər boyu bir yerdə olmuşuq və ümid edirəm ki, bundan sonra da birlikdə olacağıq.” – deyə o bildirib.

Hafiz Rufizoğlu