Bakı. TurkicWorld:
Türk Dövlətləri Təşkilatı (TDT) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkil etdiyi beş günlük "Səhiyyədə fövqəladə hallarda liderlik" seminarı 6 may tarixində İstanbulda keçiriləcək.
TurkicWorld xəbər verir ki, açılış mərasiminə TDT-nin Baş Katibi Kubanıçbek Omurəliyev və ÜST-nin Avropa Bürosunun rəhbəri Dr. Hans Kluge rəhbərlik edəcək və səhiyyə böhranlarının həllində birgə səylərin kritik əhəmiyyətini vurğulayacaqlar.
Qeyd edək ki, TDT üzv dövlətlərindən 20-dən çox səhiyyə işçisi regionda hazırlıq və reaksiya imkanlarını gücləndirmək məqsədi daşıyan bu hərtərəfli təlim proqramında iştirak edir.