Bakı, TurkicWorld
İstanbul, 2024 Qlobal Trafik Hesabatı nəticələrinə görə, dünya üzrə ən tıxaclı şəhər olaraq birinci yerə yüksəlib.
TurkicWorld xəbər verir ki, ABŞ-ın Inrix məlumat şirkətinin açıqladığı hesabatda, İstanbul sakinlərinin avtomobil başında olan vaxtlarının hər il orta hesabla 105 saatını tıxaclarda keçirdiyi bildirilib.
Bu, 2023-cü ilə nisbətən 15% artım olduğunu göstərir. İstanbulda tıxaclar, xüsusilə iş saatlarının əvvəlində və sonunda daha da sıxlaşır.
İstanbuldan sonra, Nyu-York və Çikaqo ABŞ-da ikinci və üçüncü yerləri tutub. Hər iki şəhərdə sürücülər ildə orta hesabla 102 saatlarnı tıxaclarda keçirirlər. 101 saatla dördüncü sırada yer alan Londonu, Meksiko da 97 saat ilə beşinci yerdə izləyib.
Qeyd edək ki, İstanbul bundan öncə 2018-ci ildə dünyada ən tıxaclı şəhərlərdən biri olaraq , siyahıda ikinci yeri tutmuşdu, 2024-cü ildə isə siyahıda liderliyi əldə edib.
Həmçinin, 2017-ci ildə də bu siyahıda üçüncü yerdə olub. Bu siyahıda isə, Moskva 210 saatla ən çox tıxacda gözləmə vaxtı ilə birinci sırada olub.