Bakı, TurkicWorld
Türkiyə Respublikasının Müdafiə Sənayesi Başçılığı ilə ASELSAN arasında quru nəqliyyat vasitələri üçün faydalı yüklərin tədarükünü nəzərdə tutan 36 milyon avro dəyərində müqavilə imzalanıb.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verilən açıqlamaya görə, müqavilə çərçivəsində tədarüklər 2026-2029-cu illər arasında həyata keçiriləcək.
Layihə çərçivəsində hansı spesifik faydalı yüklərin təmin ediləcəyi barədə əlavə məlumat verilməyib.
ASELSAN müdafiə sənayesindəki strateji layihələri ilə diqqət çəkməyə davam edir və bu yeni müqavilə şirkətin böyümə strategiyasına mühüm töhfə verəcək.
Qeyd edək ki, ASELSAN Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkətlərindən biridir və bu cür müqavilələr vasitəsilə qlobal bazardakı mövqeyini gücləndirməyə davam edir.