Son dəqiqə

Özbəkistan Bakı Qoşulmama Hərəkatı Baxtiyor Saidov

Bakı mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib - Baxtiyor Saidov

Bakı. TurkicWorld:

Son illər Bakı şəhəri əsas məkana, mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

TurkicWorld-in məlumatına görə, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.

"Biz Qoşulmama Hərəkatının inkişafında Azərbaycanın rolunu və onun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə öz təşəbbüsləri ilə təşkilata dinamizm verib",- deyə o qeyd edib

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.

Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

Mövzuya görə xəbərlər