Son dəqiqə

ABŞ Donald Tramp

ABŞ-da sorğuda iştirak edənlərin çoxu Trampın prezidentliyə namizədliyini dəstəkləyib

Bakı. TurkicWorld:

Respublikaçılar Partiyasını dəstəkləyən ABŞ seçicilərinin təxminən 70 faizi qarşıdan gələn 2024-cü il seçkilərində sabiq prezident Donald Trampın ən yüksək dövlət postuna namizəd kimi irəli sürülməsinin tərəfdarıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə "NBC" televiziya şirkətinin dərc etdiyi ictimai rəy sorğusunun nəticələrində qeyd olunub.

Sorğu aprelin 14-18-də keçirilib və minlərlərlə amerikalı seçici bu sorğuda iştirak edib. Təqdim olunan məlumatlardan belə çıxır ki, respublikaçıların 68 faizi D.Trampı partiya namizədinin irəli sürülməsi üçün yeganə layiqli rəqib hesab edir və hesab edir ki, ona qarşı irəli sürülən ittihamlar siyasiləşib və onun prezident seçilməsinə mane olmaq məqsədi daşıyır.

D.Trampa qarşı irəli sürülən ittihamlar fonunda ən yüksək dövlət vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı respublikaçıların tərəfdarları arasından respondentlərin yalnız 26 faizi çıxış edib.

Mövzuya görə xəbərlər