Son dəqiqə

ABŞ Donald Tramp

Tramp ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə islahatlar aparacağına söz verib

Bakı. TurkicWorld:

ABŞ-ın sabiq prezidenti Donald Tramp prezidentliyə qayıdacağı təqdirdə məhkəmə sistemində, Ədliyyə Nazirliyində və FTB-də islahatlar aparacağını bildirib.

TurkicWorld-in məlumatına görə, bu barədə D.Tramp video müraciətində bildirib.

"Amerikanın həyat tərzi üçün məhkəmə sisteminin korrupsiyasından və onun siyasi istismarından daha böyük təhlükə yoxdur. Və bu, hazırda baş verir", - deyə D.Trap bildirib.

O bildirib ki, 2024-cü il seçkilərində qələbə qazanacağı təqdirdə onun üçün vacib vəzifə "ABŞ-da ədalətin bərpası" olacaq.

D.Tramp Ədliyyə Nazirliyinin və FTB-də əsaslı islahatlar aparmaq və "Marksist dairə prokurorları tərəfindən mülki hüquq pozuntularının geniş şəkildə araşdırılmasını" planlaşdırır.

Mövzuya görə xəbərlər