ABŞ-ın Suriaydakı hərbi bazası raket hücumuna məruz qalıb

ABŞ-ın Suriaydakı hərbi bazası raket hücumuna məruz qalıb

Bakı. TurkicWorld:

Cümə günü Suriyanın şimal-şərqindəki daha bir ABŞ hərbi bazasına raket zərbəsi endirilib.

TurkicWorld xəbər verir ki, bunu brifinq zamanı Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

"Bu səhər yerli vaxtla təxminən saat 08:05-də Suriyanın şimal-şərqindəki Qrin-Villic bölgəsindəki koalisiya qüvvələri 10 raketlə vurulub. Hücum nəticəsində şəxsi heyətimiz və koalisiya tərəfdaşlarımız arasında itki yoxdur. Eyni zamanda, raket zərbələri nəticəsində avadanlıq və konstruksiyalar da zədələnməyib", - deyə P.Rayder bildirib.