İsveç 10 ədəd "Leopard" tankını Ukraynaya təhvil vermək qərarına gəlib

İsveç 10 ədəd "Leopard" tankını Ukraynaya təhvil vermək qərarına gəlib

Bakı. TurkicWorld:

İsveç hökuməti 10 ədəd "Leopard" tankını Ukraynaya təhvil vermək qərarına gəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

"Bu gün biz [Ukraynaya kömək etməkdə] irəliləyişimiz və bəzi mühüm yeni öhdəliklər barədə xəbərlər eşitdik. İsveç Ukraynaya 10 ədəd "Leopard" tankı və mühüm hava hücumundan müdafiə komponentləri tədarük edəcəyini açıqlayıb", - deyə nazir bildirib.