Son dəqiqə

İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran münaqişəsi İsrailin ABŞ-yə İran hücumu təzyioqi İran–İsrail gərginliyi fonunda edam xəbəri İran-İsrail gerilimi yeniden tırmanıyor İran-İsrail müharibəsi İran–İsrail gerilimi tırmanıyor

İran İsrail və ABŞ-nin İrana hücumunu BMT nizamnaməsinə zidd hesab edir

BAKI,TurkicWorld

İran İsrail və ABŞ-nin İrana hərbi hava hücumlarını BMT nizamnaməsi və beynəlxalq normalara zidd hesab edir.

TurkicWorld-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyn xarici işlər nazirləri ilə telefon söhbətlərində deyib.

Telefon söhbətində iranlı nazir hazırkı vəziyyət haqda qarşı tərəfləri məlumatlandırıb və İranın özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə edəcəyini diqqətə çatdırıb.

Əraqçi qeyd edib ki, İran regionun bütün ölkələri ilə yaxşı qonşluq və dostluq siyasətini davam etdirmək iradəsinə sahibdir. Bütün region ölkələrindən ABŞ-nin onların ərazilərindən və imkanlarından İrana qarşı hücumlarda istifadə edilməsinin qarşısını almaq üçün addımlar atıla bilər. İran özünümüdafiə əməliyyatları ilə ABŞ-nin bazalarını qanuni hədəf kimi hesab edir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Mövzuya görə xəbərlər