Son dəqiqə

Avropa İttifaqı Ukrayna Kiyev Rusiya Ukrayna müharibəsi

Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyü real görür

BAKI,TurkicWorld

Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmağı real görür.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın avrointeqrasiya məsələləri üzrə baş nazir müavini Taras Kaçka danışıb.

Kaçkanın sözlərinə görə, Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqların 2028-ci ildə başa çatdırılmasını və 2030-cu ilə qədər tamhüquqlu üzv statusu əldə etməyi "tamamilə real hədəflər" sayır.

Xatırladaq ki, bundan əvvəl Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla bir sıra yeni ölkələrin Avropa İttifaqına üzv ola biləcəyini bəyan etmişdi

Mövzuya görə xəbərlər