Son dəqiqə

Çin Pakistan yağışlar təbii fəlakət Pekin Leysan yağışları fırtına və daşqınlar daşqın yağış güclü yağışlar

Çinin şimalında daşqın: Ölənlər və itkin düşənlər var

BAKI, TurkicWorld, Səməd Əyyubov

Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar bölgəsində baş verən güclü daşqın nəticəsində azı səkkiz nəfər həyatını itirib, dörd nəfər isə itkin düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün Pekin vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 18:00) Bayan-Nur şəhər dairəsinin ərazisindəki turist düşərgəsində baş verib. Hazırda xilasedici qruplar itkin düşənlərin axtarışına cəlb olunub.

Bundan əvvəl, Pakistanda güclü daşqınlar səbəbindən 300-dən çox insanın həlak olduğu bildirilmişdi.

Mövzuya görə xəbərlər