Son dəqiqə

Rusiya Ukrayna Vladimir Medinski

Ukraynadan əsgərlərimizin meyitlərini qəbul etməyə hazırıq - Medinski

BAKI, TurkicWorld

Rusiya əsgərlərinin meyitləri Ukraynada ola bilər, lakin onların sayı Ukrayna hərbçilərindən xeyli azdır və Rusiya onları qəbul etməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bu haqda Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski hökumət üzvləri ilə müşavirəsi zamanı deyib.

“Biz birtərəfli qaydada 6 mindən çox Ukrayna hərbçisinin cəsədini təhvil verməyi təklif etdik. Onları xüsusi maşınlarla, soyuducu vaqonlarla təhvil verəcəyik. Yaxın günlərdə bu prosesi başlamağa hazırıq. Anlayırıq ki, onların əlində bizim əsgərlərin meyitləri də ola bilər. Əgər varsa, onları qəbul etməyə hazırıq” - deyə, Medinski bildirib.

Mövzuya görə xəbərlər