Son dəqiqə

Rusiya İsveçrə sanksiya

İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

BAKI, TurkicWorld

İsveçrə Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirərək Avropa İttifaqının 17-ci sanksiya paketinin bir hissəsinə qoşulub.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb.

Bildirilib ki, siyahıya 17 fiziki şəxs, 58 təşkilat, 189 gəmi və 31 müəssisə əlavə edilib.

Tətbiq ediləcək tədbirlər iyunun 3-dən qüvvəyə minəcək.

Mövzuya görə xəbərlər