BAKI, TurkicWorld
İstanbulda keçirilən Rusiya–Ukrayna sülh danışıqlarından sonra rus nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiy görüşlərlə bağlı ilk açıqlamanı verib
TurkicWorld-un məlumatına görə, o, bildirib ki, danışıqlar zamanı əldə olunan nəticələr ümumilikdə qənaətbəxşdir və Moskva qarşı tərəflə təmasları davam etdirməyə hazırdır.
Rusiya nümayəndə heyətinin rəhbəri əlavə edib ki, yaxın günlərdə böyük miqyaslı əsir mübadiləsi həyata keçiriləcək.
Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında min rusiyalı və min ukraynalı əsirin dəyişdirilməsi planlaşdırılır.
İstanbulda baş tutan bu görüş son aylarda iki ölkə arasında keçirilən ən yüksək səviyyəli birbaşa danışıqlardan biri hesab olunur.
Medinskiy tərəfindən səsləndirilən müsbət ton, sülh prosesində müəyyən yumşalmaların ola biləcəyinə dair ümidləri artırır.







