Son dəqiqə

Avropa İttifaqı Rusiya Ukrayna Avropa Komissiyası Ursula von der Leyen

Ursula von der Leyen Ukraynanın Aİ-yə inteqrasiyasını prioritet sayır

BAKI, TurkicWorld

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) liderlərini Ukraynanın təşkilata üzv olması istiqamətində addımların sürətləndirilməsinə çağırıb.

TurkicWorld xəbər verir ki, o, bu addımı həm Ukraynanın istəyi, həm də Avropanın təhlükəsizliyi üçün zəruri bir zəmanət kimi qiymətləndirib.

O bildirib ki, bu, təkcə Ukraynanın arzusu deyil, eyni zamanda Avropanın sabitliyi və təhlükəsizliyi üçün ən etibarlı təminatlardan biri ola bilər.

“Biz Ukraynanın Avropa İttifaqına üzv olmaq yolunu sürətləndirməliyik. Bu, yalnız Ukraynanın arzusu deyil bu, həm də bizim təhlükəsizliyimizin ən etibarlı zəmanətinə çevrilə bilər” – deyə fon der Lyayen vurğulayıb.

Lyayenin sözlərinə görə, Aİ artıq 2025-ci ildə üzvlük danışıqlarının bütün klasterlərinin açılması üzərində işləyir. O əlavə edib ki, Ukraynanın Aİ-yə qəbul edilməsi “ədalətli və davamlı sülhün ən böyük zəmanəti” olacaq.

Mövzuya görə xəbərlər