Son dəqiqə

İran ABŞ

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi təxirə salınıb

BAKI, TurkicWorld

ABŞ və İran nümayəndə heyətlərinin İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələri logistik səbəblərə görə təxirə salınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.

“Logistik səbəblərə görə şənbə günü İranda keçirilməsi planlaşdırılan görüşü təxirə salırıq. Yeni tarix qarşılıqlı razılaşmadan sonra açıqlanacaq” - deyə, nazir qeyd edib.

Xatırladaq ki, aprelin 26-da Omanın vasitəçiliyi ilə Məsqətdə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə böhranın həllinə dair dolayı danışıqların üçüncü mərhələsi baş tutub. Danışıqların birinci mərhələsi aprelin 12-də Məsqətdə, ikinci mərhələsi isə aprelin 19-da Romada keçirilmişdi. Məlumata görə, mayın 3-də keçirilməsi planlaşdırılan danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik etməli idi.

Mövzuya görə xəbərlər