ABŞ Rusiya Ukrayna Donald Tramp

Ukrayna ilə bağlı çox yaxşı təkliflər gözlənilir - Tramp

BAKI, TurkicWorld

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yaxın zamanda çox yaxşı təkliflər gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı bildirib.

“Mənim edə biləcəyim tək şey – bu münaqişəni dayandırmağa çalışmaqdır. Mən insanların ölməsini istəmirəm. Və düşünürəm ki, bu istiqamətdə uğur qazanmışıq. Hesab edirəm ki, yaxın zamanlarda çox yaxşı təklifləriniz olacaq” - deyə, Tramp qeyd edib.

Bundan əvvəl, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Tramp Ukraynadakı münaqişənin mahiyyətini Avropa liderlərindən daha yaxşı anlayır. Onun sözlərinə görə, məhz Tramp bu kontekstdə ilk dəfə ərazi məsələləri və Ukraynanın NATO-ya üzvlüyü kimi mövzuları gündəmə gətirib. Lavrov əlavə edib ki, Tramp münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının zəruriliyini başa düşür və bunun həll üçün əsas yol olduğunu anlayır.

Mövzuya görə xəbərlər