BAKI, TurkicWorld
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynadakı döyüşlər zamanı alman istehsalı hərbi texnikanın ciddi qüsurlara malik olması ilə bağlı yayılan məlumatlara təəccüblə reaksiya verib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, o, bu barədə açıqlamasında Ukrayna ilə davamlı təmasda olduqlarını bildirib.
“Bu xəbərləri təəccüblə qarşıladım, çünki biz Ukraynalı tərəfdaşlarımızla daim əlaqədəyik,” – deyə nazir vurğulayıb.
Pistorius əlavə edib ki, indiyə qədər bu məsələ ilə bağlı rəsmi heç bir şikayət daxil olmayıb. Lakin fürsət düşdükdə bu məsələni ukraynalı həmkarları ilə müzakirə etməyi planlaşdırır.
Nazir bildirib ki, Almaniya Ukraynaya silah yardımını davam etdirəcək.
2025-ci il ərzində Ukraynaya daha 4 ədəd IRIS-T hava hücumundan müdafiə sistemi, 300 idarəolunan raket və 100 yerüstü radar müşahidə stansiyasının göndərilməsi planlaşdırılır.
Bu yardımın, sülh danışıqları ilə bağlı müzakirələrə baxmayaraq, davam etdiriləcəyi qeyd olunub.