Son dəqiqə

Fransa ABŞ Gömrük tarifi Fransanın Avropa və Xarici İşlər Naziri Jan Noel Barrot

Aİ ABŞ-nin rüsumlarına qarşılıqlı cavab verəcək - Jan Noel Barro

BAKI, TurkicWorld

Avropa İttifaqı (Aİ) ABŞ-ın rüsum qərarına qarşılıq verəcək.

TurkicWorld xəbər evrir ki, bu barədə Fransa Xarici İşlər Naziri Jan Noel Barro bildirib.

O, Aİ-nin gələn həftədən etibarən ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi rüsumlara qarşı tədbirlər görəcəyini bildirib.

O bəyan edib ki, Aİ-nin ABŞ-a cavab olaraq tətbiq edəcəyi qarşılıqlı rüsumlar ABŞ-nin iqtisadiyyatına mənfi təsir göstərəcək.

“Qarşılıqlı gömrük tariflərinin Amerika iqtisadiyyatına və NATO üzvü olan bütün ölkələrin iqtisadiyyatına mənfi nəticələri olacaq. Bu, Avropa iqtisadiyyatı üçün də keçərlidir”, - deyə Barro bildirib.

Fransa Baş naziri Fransua Bayru isə verdiyi açıqlamada, Trampın yeni qərarını dünya iqtisadiyyatı üçün fəlakət adlandırıb. O, bu qərarın Avropa üçün böyük bir çətinlik yaratdığını bildirib.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp yeni ikitərəfli rüsumların tətbiq olunması haqqında qərar veridiyini elan edərək qlobal iqtisadiyyatda yeni gərginlik yaradıb.

Mövzuya görə xəbərlər