BAKI, TurkicWorld
İspaniya hökuməti yeni Suriya hökumətinin formalaşdırılması ilə bağlı edilən qərarı alqışlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir.
“İspaniya Suriyada yeni hökumətin qurulmasını alqışlayır. Bu, ölkənin birliyi və ərazi bütövlüyünü təmin edən, hər kəsi sülh ilə əhatə edən bir Suriyaya doğru atılmış mühüm bir addımdır”, - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, Suriya Prezidenti Əhməd əl-Şəraa ölkənin yeni hökumətinin tərkibini təqdim edib. Yeni hökumətdə yalnız bir qadın yer alıb. Hökumətin əksər yerləri isə əl-Şəraanın tərəfdarlarına verilib.