NATO Litva Mark Rutte

NATO Litvada itən ABŞ Hərbçilərinin Ölümünu Təsdiqləməyib

BAKI,TurkicWorld

NATO sözçüsü Allison Hart, NATO rəhbəri Mark Ruttenin Litvanın, Belarus sərhədinə yaxın Pabrade şəhəri ətrafında təlim zamanı itkin düşdüyü açıqlanan dörd ABŞ hərbçisinin öldüyü ilə bağlı açıqlamasına aydınlıq gətirərək, itkin hərbçilərin ölümlərinin hələ təsdiqlənmədiyini bildirdi.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Hart, X hesabında paylaşım edib.

Rutte'nin, hərbçilərin "öldüyü" ilə bağlı dünənki açıqlamalarının yaratdığı qarışıqlıq səbəbilə "kədərləndiklərini" bildirən Hart, axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd etdi.

Hart, Rutte'nin açıqlamasında mətbuatda çıxan xəbərlərə istinad etdiyini ifadə edərək, hərbçilərin axtarış işləri davam etdiyi üçün ölüm xəbərlərinin hələ təsdiqlənmədiyini bildirdi.

ABŞ Avropa və Afrika Komandanlığından dünən verilən açıqlamada, Pabrade şəhəri yaxınlığında taktiki təlim apararkən 4 ABŞ hərbçisinin itkin düşdüyü bildirilmiş, hadisədən sonra Litva təhlükəsizlik qüvvələri ilə birgə axtarış işləri başlanmışdı.

Rutte, ziyarət üçün Polşanın Varşava şəhərində mətbuat nümayəndələrinə açıqlama verərək, hərbçilərin öldüyünü bildirmiş, lakin bu məlumat ABŞ Avropa və Afrika Komandanlığı tərəfindən təsdiqlənməmişdi.

Mövzuya görə xəbərlər