Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrail Qəzzanın mərkəzinə hava zərbəsi endirib - ölənlər var

Bakı, TurkicWorld

İsrail Hava Qüvvələri, Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə hava zərbəsi endirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat verib.

Məlumata əsasən, İsrail hərbi təyyarələri Abdullah Əzzam məscidinin ətrafındakı ərazini bombalayıb.

İlkin məlumatlara görə, hava zərbəsi nəticəsində azı altı nəfər ölüb və çox sayda insan yaralanıb.

İsrail ordusu həmçinin düşərgənin mərkəzində yerləşən Əl-Qəssam məscidinin yaxınlığındakı yeməkxanaya da zərbə endirib. Bu hücum nəticəsində də ölənlər və yaralananlar var.

Mövzuya görə xəbərlər