Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Avropa Moskva Volodimir Zelenski Kiyev Donald Tramp

Kiyev atəşkəs rejiminə nəzarət üçün beynəlxalq müşahidəçiləri vacib sayır

BAKI,TurkicWorld

Ukraynada atəşkəs rejiminin tətbiqi halında onun nəzarətinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərə ehtiyac var.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu fikri Ukraynanın xarici işlər naziri Andrey Sibiga səsləndirib.

Sibiganın sözlərinə görə, effektiv və obyektiv nəzarət mexanizminin yaradılması vacibdir.

“Bizə, həqiqətən də, obyektiv nəzarət üçün təsirli bir mexanizm lazımdır. Şübhəsiz ki, mümkün pozuntuların və təxribatların qeydə alınmasının obyektivliyi üçün beynəlxalq amil olmalıdır”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Kiyev bu məsələni ABŞ və Avropa ölkələrinin nümayəndələri ilə müzakirə edir.

Keçmiş amerikalı kəşfiyyatçı Skott Ritterin fikrincə, bu danışıqların əsas məqsədi Avropa ölkələrini münaqişəni qızışdırmaqdan çəkindirmək və sülh yolu ilə nizamlanmanı müzakirə etməyə başlamağa məcbur etmək idi.

Mövzuya görə xəbərlər