Bakı, TurkicWorld
ABŞ-da Orta Qərb və Cənub ştatlarında şissətli fırtına və tornadolar baş verib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, fırtına və tornadolar nəticəsində ən azı 16 nəfər ölüb.
Belə ki, Missuri ştatında 10 nəfər, Arkanzasda 3 nəfər, Texasda isə daha 3 nəfər təbii fəlakətin qurbanı olub.
Bundan əlavə, Arkanzas ştatında 29 nəfər yaralanıb, Missuri ştatının 316 min sakini isə işıqsız qalıb.