Bakı,TurkicWorld
Biz Ukraynanı güclü mövqeyə gətirməliyik.
TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın yeni seçilmiş kansleri Frederix Merz X sosial media hesabından paylaşım edib.
Qələbəsindən sonra Frederix Merz Rusiyanın Ukraynaya tammiqyaslı işğalının üçüncü ildönümünü ilə bağlı paylaşım edib.
"Üç ildir ki, bizi dağıntılar və müharibə cinayətlərinin dəhşətli görüntüləri müşayiət edir," – deyə Merz bildirib.
O, Avropanın Ukraynanın yanında qaldığını vurğulayıb.
"Ədalətli sülh üçün hücuma məruz qalan ölkə, sülh danışıqlarında iştirak etməlidir",- deyə o bildirib.







