Son dəqiqə

Fələstin İsrail Mahmud Abbas Qəzza

İsrail Fələstin torpaqlarından çıxarılmalıdır - Mahmud Abbas

Bakı, TurkicWorld

Fələstinin prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciətində Qəzzaya səfər məqsədinin İsrailin hücumlarını dayandırmaq olduğunu bildirib.

TurkicWorld Fələstin KIV-ə istinadən məlumat verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsi son iclasda Abbasın Qəzzaya səfər təşəbbüsünü müzakirə edib.

Abbas bu təşəbbüsü ilə İsrailin Qəzza zolağına hücumlarını dayandırmağı və Fələstin torpaqlarından çıxarmağı hədəflədiyini vurğulayıb.

Prezident işğal altındakı İordan çayının qərb sahili, Qüds və Qəzza zolağı da daxil olmaqla, bütün Fələstini vahid idarə etmək səlahiyyətinin sadəcə Fələstin dövlətində olduğunu bildirib.
O, həmçinin əlavə edib ki, Fələstin Azadlıq Təşkilatı (FAT) Fələstin xalqının yeganə qanuni nümayəndəsidir.

İclasda Abbasın söylədiklərinin həyata keçirilməsi üçün ərəb və İslam dünyasının, həmçinin beynəlxalq ictimaiyyətin səfərbər edilməsi və siyası addımların izlənilməsi müzakirə edilib.

İcraiyyə Komitəsi Fələstin torpaqlarının qaytarılması və yenidən qurulmasına fəaliyyət planı hazırlamaq üçün beynəlxalq qurum və təşkilatlarla müttəfiqlik quracağını bildirib.
Komitə, Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olması istiqamətində də mühüm addımlar atılacağını vurğulayıb.

Mövzuya görə xəbərlər