Son dəqiqə

Kolumbiya

Kolumbiya İsrailə kömür ixracını dayandırıb

Bakı. TurkicWorld

Kolumbiya Prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyatlarla əlaqədar olaraq, İsrailə kömür tədarükünü dayandırmaq haqqında fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, müvafiq sənəd Cənubi Amerika respublikasının hökumətinin rəsmi saytında dərc edilib.

Fərmanda qeyd olunur: "İsrailə kömür ixracı qadağandır". Bu qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcək.

Fərmanda göstərilir ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə ümumilikdə 375 milyon dollar dəyərində mal və xammal ixrac edib, bunun əhəmiyyətli bir hissəsi kömür təşkil edib. Sənəddə bildirilir ki, "İsrail enerji istehsalı üçün kömürdən geniş şəkildə asılıdır və əlavə olaraq bu xammalı hərbi məqsədlər üçün istifadə edir".

Mövzuya görə xəbərlər