Son dəqiqə

Zəfər Günü PAŞA Holding

“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır (FOTO)

Bakı, TurkicWorld

"PAŞA Holding" və "Bravo" supermarketlər şəbəkəsi "Vətən əmanətlərin keşiyindədir" layihəsi çərçivəsində şəhid ailələrinə Zəfər Günü münasibəti ilə bayram sovqatları çatdırıb.

2023-cü ildən etibarən "PAŞA Holding" 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə "PAŞA Holding" və "Bravo" supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Zəfər Günü münasibəti ilə təqdim edilən sovqatlar noyabr ayının əvvəlindən "Bravo" supermarketlər şəbəkəsi tərəfindən sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.

Mövzuya görə xəbərlər