Bakı, TurkicWorld
Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.
TurkicWorld xəbər verir ki, konsertdə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər.
44 günlük Vətən müharibəsinin dördüncü ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Park, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə "Xarıbülbül" nişanı və Zəfər şüarlarları əks olunub.
Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin, günü-gündən gözəlləşən paytaxtın səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq tədbirə gələnlər tərəfindən xüsusi coşqu ilə qarşılanıb.
FOTO - Seymur İsmayılov