Bakı,TurkicWorld
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Azərbaycan xalqını 8 noyabr Zəfər günü münasibətilə təbrik edib.
TurkicWorld xəbər verir ki, bu barədə Yerlikaya X sosial media hesabında paylaşım edib.
"Dost və qardaş ölkəmiz Azərbaycanın Zəfər günü mübarək",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında Zəfər Gününün dördüncü ildönümüdür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbədən iki il ötür. 2020-ci ilin noyabrında, 28 illik həsrətdən sonra, Azərbaycanın tarixi ərazisi olan Şuşa şəhəri işğaldan azad edilmiş və bu qələbə xalqımız üçün böyük tarixi və rəmzi məna kəsb etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, xalqımızın qüdrətini və milli qürurunu təcəssüm etdirən bu tarix qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Əziz Qarabağ, Sən Azadsan!
— Ali Yerlikaya (@AliYerlikaya) November 8, 2024
Karabağ Zaferi, sadece Azerbaycan’ın değil, Türk dünyasının zaferidir.
Dost ve kardeş ülke Azerbaycan’ın #ZaferGünü kutlu olsun.
Bu uğurda hayatını kaybeden aziz şehitlerimizin makamı âli olsun.
Kahraman gazilerimizi saygıyla selamlıyorum.… pic.twitter.com/rUR8Q9dTJI