Bakı, TurkicWorld
Türkiyədə son üç həftə ərzində ölkə daxilində 22 əyalətdə terror təşkilatı İŞİD-a qarşı genişmiqyaslı əməliyyatların həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Bu əməliyyatlar nəticəsində ümumilikdə 182 şübhəli şəxs tutulub, onların arasından 43-ü məhkəmə qərarı ilə həbs edilib.
Nazir Yerlikaya, əməliyyatların terrorla mübarizə çərçivəsində davam etdiriləcəyini və ölkə təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.