Bakı, TurkicWorld
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya qatıldığı canlı yayımda səhər saatlarında Balıkəsirdə baş verən partlayışla bağlı son məlumatları açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazir partlayış nəticəsində 12 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını bildirib.
O, partlayışdan sonra qubernator, axtarış-xilasetmə, sağlamlıq və AFAD qruplarının qısa müddətdə hadisə yerinə çatdığını və hazırda hadisə ilə bağlı araşdırma başlandığını vurğulayıb.
Partlayış nəticəsində yaralanan 4 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğunu qeyd edən Yerlikaya, 12 nəfərin isə həyatını itirdiyini bildirib.
Yerlikaya partlayış nəticəsində həyatını itirənlər üçün başsağlığı verərək, yaralılara qısa zamanda şəfa diləyib.