Bakı. TurkicWorld:
Uşaqlara qarşı edilən soyqırım dayandırılmalıdır.
TurkicWorld VOA-ya istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro İsrail xalqını Qəzzaya hücumlara qarşı çıxmağa çağırıb.
“Bu gün İsrail xalqı dünya sülhünün və yaşamaq hüququnun müdafiəsində ön sıralarda olmalıdır. Uşaqların soyqırımını dayandırmaq üçün nə lazımdırsa edin”. – deyə Petro paylaşımında qeyd edib.
Xatırladaq ki, Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlayıb.
Hafiz Rufizoğlu