Bakı, TurkicWorld
7 oktyabr 2023-cü ildən etibarən İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı son 48 42,718 nəfərə,yaralıların sayı isə 100,282 nəfərə yüksəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada İsrailin 382 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı son məlumat verilib.
İsrail ordusu son 48 saat ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində "7 qırğın" baş verib. Bu hücumlar nəticəsində 115 nəfər həyatını itirib, 487 nəfər isə yaralanıb. Ümumilikdə, 7 oktyabr 2023-cü ildən bu yana isə İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayı 42,718 nəfərə, yaralıların sayı isə 100,282 nəfərə çatıb.
Açıqlamada, dağıntılar altında və yol kənarlarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin yaratdığı maneələr səbəbindən tibb qruplarının və mülki müdafiə işçilərinin bu cəsədlərə çatmaqda çətinlik çəkdiyi bildirilib.