Son dəqiqə

İsrail

İsrail hərbçiləri Livanda UNIFIL-in müşahidə qülləsini dağıdıb

Bakı, TurkicWorld

İsrail Müdafiə Qüvvələrinin buldozeri Livanda yerləşən BMT Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə qülləsini və perimetr hasarını söküb.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat UNIFIL-in X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Bəyanatda qeyd edilir ki, "İsrail Müdafiə Qüvvələrinin buldozeri BMT-nin Marvahin şəhərindəki mövqeyində yerləşən müşahidə qülləsini və ərazini qoruyan hasarı dağıdıb".

Tələfat barədə məlumat verilməsə də, UNIFIL İsrailə və münaqişənin digər tərəflərinə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək öhdəliyini xatırladıb.

Mövzuya görə xəbərlər