Bakı, TurkicWorld
İsrail baş naziri Binyamin Netanyahunun iqamətgahı yaxınlığındakı binaya çırpılan PUA-nın Livan ərazisindən buraxılması ilə əlaqədar İsrail cavab tədbirləri görməyi planlaşdırır.
TurkicWorld-un məlumatına görə, bu barədə "The Jerusalem Post" nəşri diplomatik mənbəyə istinadən bildirib.
""Hizbullah" İranın nümayəndəsidir, ona görə də bu hadisəyə görə İran da məsuliyyət daşıyır", - deyə mənbə əlavə edib.
B.Netanyahu bildirib ki, "Məni və həyat yoldaşımı öldürməyə çalışan İran agentləri acı səhv ediblər".