Bakı. TurkicWorld:
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus helikopter bazar günü ölkənin şərqindəki Viçada departamentində qəzaya uğrayıb.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kolumbiya Prezident Qustavo Petro bildirib.
Onun sözlərinə görə, helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Prezident qəza qurbanlarının ailələrinə başsağlığı verib.
Bundan əvvəl Kolumbiya Hərbi Hava Qüvvələri “Huey II” helikopterinin tibbi missiyanı yerinə yetirərkən əlaqəni itirdiyini bildirmişdi. Qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb.
Yerli media ölənlər arasında bir neçə zabit və texnikin olduğu barədə məlumat yayıb. İlkin araşdırmalara əsasən, qəzaya pis hava şəraiti səbəb olub.