Son dəqiqə

Kolumbiya

Kolumbiyada hava yolu şirkətləri uçuşları təxirə salınıb

Bakı, TurkicWorld

Kolumbiyada yanacaq təchizatı problemi səbəbindən 69 reys ləğv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Kolumbiya milli mətbuatında paylaşım edilib.

Avianca aviaşirkəti yanacaq böhranı səbəbilə 4-ü beynəlxalq olmaqla 69 reysin ləğv edildiyini açıqlayıb.

Bildirilib ki, problem həll olunmasa, Avianca sabah daha 108 reysi ləğv edə bilər. Başqa bir hava yolu şirkəti Latam da eyni səbəbdən sabahdan etibarən 36 reysi ləğv edəcəyini açıqlayıb.

Avianca və Latam tərəfindən edilən açıqlamalarda müştərilərin tələblərinə uyğun olaraq 1 ilə qədər pulsuz bilet dəyişdirilməsi və ya tam geri qaytarılacağı bildirilib.

"Təchizat zəncirinin necə işlədiyini və əməliyyatların necə aparıldığını nəzərdən keçiririk. Öyrəndik ki, bəzi aviaşirkət şirkətləri uçuşlarda çevikliyi qorumaq üçün bu həftə bilet satmamaq qərarına gəliblər. Bunlar qabaqlayıcı tədbirlərdir.” – deyə Kolumbiya nəqliyyat naziri Maria Costanza Garcia deyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər