Son dəqiqə

Azərbaycan İrlandiya

İrlandiya XİN Azərbaycana başsağlığı verib

Bakı. TurkicWorld:

İrlandiya Xarici İşlər Nazirliyi dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin "X" səhifəsində yazılıb.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması bizi kədərləndirdi. Yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir", - paylaşımda bildirilib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Mövzuya görə xəbərlər