Bakı, TurkicWorld
Kolumbiyada helikopterə silahlı hücum nəticəsində 4 əsgər həyatını itirib.
TurkicWorld xəbər verir ki, Antioquia inzibati bölgəsindəki Caceres qəsəbəsinin çölünə enən helikopterə naməlum şəxslər atəş açıb.
Ordudan verilən açıqlamada vertolyotdan iplə enən əsgərlərə atəş açıldığı və əsgərlərin həyatını itirdiyi bildirilib.
Hücuma görə məsuliyyəti keçmişdə narkotik alveri ilə məşğul olan cinayətkar təşkilat olan Clan del Golfo üzərinə götürüb.
Qeyd edək ki, Narkotik təşkilatı Clan del Golfo-nun 6 min ilə 9 min arasında silahlı üzvü var.
23 oktyabr 2021-ci il tarixində Clan del Golfo-nun keçmiş lideri Dairo Antonio Usuga David yaxalanıb.
Paytaxt Boqotadakı Dijin həbsxanasından aparılan Otoniel Katam Hərbi Hava Limanından "N110CP" nömrəli təyyarə ilə Nyu-Yorkun Bruklin şəhərindəki federal həbsxanaya göndərilib.