Bakı. TurkicWorld:
Kolumbiyanın xarici işlər naziri Murillo İsrailin Qəzzaya hücumlarının qəbuledilməz olduğunu bildirib və beynəlxalq səviyyədə birliyə çağırıb.
TurkicWorld xəbər verir ki, nazir bu fikirləri İordaniyanın ev sahibliyi etdiyi Ölü Dəniz bölgəsində başlayan “Qəzzaya Təcili Humanitar Müdaxilə Konfransı”nda çıxışı zamanı səsləndirib.
Qəzzada “ürək parçalayan” hadisələrin yaşandığını bildirən Murillo, “Fələstin xalqı bu gün soyqırımla üz-üzədir, bunu açıq şəkildə ifadə etməliyik” – deyə bildirib.
Qeyd edək ki, Kolumbiya mayın üçündən Qəzzada Fələstin xalqına qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmən kəsib.