Bakı,TurkicWorld
Türk dünyası olaraq Fələstin məsələsinin qalıcı və ədalətli həlli üçün səylərimizi davam etdirməyimiz son dərəcə vacibdir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında deyib.
"Biz bu gün Təhlükəsizlik sahəsində Əməkdaşlıq Sazişi imzalamaqla əməkdaşlığımızı daha da gücləndirmək istəyirik",- deyə Ərdoğan bildirib.
O, həmçinin Yaxın şərqdə baş verən hadisələrə, İsrailin Qəzza və Livan ərazisinə hücumlarına da toxunub.
"İsrailin işğal olunmuş Fələstin torpaqlarında, xüsusən də Qəzzada davam edən vəhşilikləri qlobal miqyasda vicdanları dərindən ağrıdır. İsrailin Livana hücumları indi bütün regionun və beynəlxalq sistemin təhlükəsizliyini təhdid edir",- deyə o vurğulayıb.